13-14 yanvar tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ

1

Sabah həm qərbi, həm də şərqi Gürcüstanda temperatur aşağı düşəcək, şaxta və qar gözlənilir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyin hidrometeoroloji proqnozlaşdırma şöbəsinin rəhbəri Svetlana Nioradze bildirib.

Qərbi Gürcüstanda sabah səhər saatlarından yağıntıların qar şəklində olacağı gözlənilir. Həm qərbi, həm də şərqi Gürcüstanda hava temperaturunun kəskin enməsini gözləyirik. Yanvarın 14-dən 15-nə keçən gecə Gürcüstan ərazisində şaxta daha da güclənəcək. Paytaxtda güclü qərb küləyinin əsəcəyini gözləyirik. Şərqi Gürcüstanda gün ərzində mənfi temperatur müşahidə oluna bilər. Yanvarın 14-də Şərqi Gürcüstanda hər yerə qar yağacaq”, – deyə şöbə rəhbəri Svetlana Nioradze qeyd edib.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Ərdoğan: “Türkiyəyə qarşı hücumlar var”
Öncəki yazı
Dişləriniz nə qədər ömür sürəcəyinizi göstərir