12-14 fevral tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ

2

Fevralın 15-dək Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti davam edəcək. Gün ərzində hava temperaturu +17, +22 dərəcəyədək yüksələcək.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məlumata əsasən, paytaxt Tbilisidə hava yağmursuz keçəcək. Temperatur gündüz +16, +18 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +19, +21 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +9, +11 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): nisbətən isti və yağmursuz hava gözlənilir. Hava temperaturu gündüz +16, +18 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): nisbətən isti və yağmursuz hava şəraiti gözlənilir. Hava temperaturu gündüz +16, +18 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +10, +12 dərəcə təşkil edəcək.

☁️ Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +6, +8 dərəcə təşkil edəcək.

1
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Batumidə avtomobil qəzası baş verib – 1 ölü
Öncəki yazı
12-14 თებერვალს მოსალოდნელი ამინდი საქართველოში