Another advertisement
Sentyabrın 9-dan sentyabrın 10-u səhərədək Qərbi Gürcüstanın əksər hissəsində və Şərqi Gürcüstanın bəzi ərazilərində leysan xarakterli yağış, şimşək çaxacağı və dolunun davam edəcəyi gözlənilir.
Qafqaztürk.com xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
112 vətəndaşlara yağıntıların artması ilə bağlı sms vasitəsilə xəbərdarlıq edir.
“Sentyabrın 9-dan sentyabrın 10-u səhərədək Gürcüstanın əksər rayonlarında yağıntının intensiv olacağı gözlənilir. Biz əhalini diqqətli olmağa çağırırıq”, – deyə müraciətdə bildirilir.