This is a specific ad

112 Dövlət Təhlükəsizlik İdarəsində gürcü dili ilə yanaşı azərbaycan dilində də vətəndaşlara xidmət göstərilir

78

Another advertisement

Həyatımızın bir hissəsinə çevrilən 112 Dövlət Təhlükəsizlik İdarəsində vətəndaşların maraqlarını nəzərə alaraq dövlət dili ilə yanaşı azərbaycan dilində və Gürcüstanda yaşayan digər millətlərin dilində də vətəndaşlara xidmət göstərilir.  Bundan başqa 112 qaynar xəttin yeni istifadəyə verilmiş mobil tətbiq 5 dildə fəaliyyət göstərir. Vətəndaşların istifadəsinə verilən mobil tətbiqdə vətəndaların maraqlandığı bütün məlumatlar yer alıb.

112 qaynar xəttində kifayət qədər azərbaycanlı fəaliyyət göstərir ki, bunlardan da biri Gürcüstanda və müsəlman aləmində demokratik yolla seçilmiş ilk qadın deputat Pərixanım Sofiyevanın nəticəsidir.

Daxili İşlər Nazirliyinin 112 Dövlət Təhlükəsizlik İdarəsinin direktoru Qiorqi Arsoşvilinin sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycandilli vətəndaşlarla birlikdə digər etnik vətəndaşların da hüquqları qorunur.

“112 xidməti hər bir vətəndaşa vaxtında kömək edilməsi məqsədi ilə xüsusi olaraq çalışır.  Ona görə də kommunikasiya əlaqələrini yüksək səviyyədə təşkil edirik ki, müxtəlif dillərdə fəaliyyət göstərək. Bunun da yalnız bir məqsədi var- milliyyətindən asılı olmayaraq ölkəmizdə yaşayan hər bir vətəndaşın hüquqlarını tam qorumaq və onların başa düşəcəyi dildə yüksək səviyyədə xidmət göstərərək onlara kömək etməkdir.”

Arsoşvilinin qeyd etdiyinə görə, bu xidmətdən yalnız vətəndaşlar deyil, həmçinin ölkəmizə gələn turistlər də bu xidmətdən yararlanırlar.

Sonrakı yazı
საჩხერე (სარეკი)-უზუნთა-შქმერი-ზუდალისგზაზე მისაბმელიანი და ნახევრადმისაბმელიანი ავტოტრანსპორტის მოძრაობა აკრძალულია
Öncəki yazı
ფუტკრებს ფილტვის კიბოს ამოცნობა შეუძლიათ – კვლევა