This is a specific ad

111 vətəndaşa məxsus 10 108 695 lari dələduzluq yolu ilə ələ keçirilib – 5 nəfərə qarşı ittiham irəli sürülüb

60

Another advertisement

111 vətəndaşa məxsus 10 milyon 108 min 695 lari vəzifə səlahiyyətlərindən istifadə etməklə dələduzluq yolu ilə ələ keçirmə faktı üzrə 5 nəfərə qarşı cinayət işi açılıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Prokurorluq məlumat yayıb.

Məlumata görə, saxlanılan üç nəfəri 7 ildən 10 ilə qədər həbs gözləyir. Digər iki nəfərin tutulması istiqamətində müvafiq tədbirlər görülür.

Daxili İşlər Nazirliyində aparılan araşdırmalarla müəyyən edilib ki, təqsirləndirilən şəxslər guya çoxmənzilli yaşayış binasının tikintisi məqsədi ilə mütəşəkkil dəstə yaradaraq, müxtəlif illərdə “Deluxe Development” MMC və “Demax Gotua” MMC-ləri yaradıblar. Adıçəkilən şirkətlərin nümayəndələri mənzili almaqda maraqlı olan vətəndaşlarla alqı-satqı müqavilələri bağlamış, bunun əsasında binanın tikintisini başa çatdırmaq və daşınmaz əmlakı mülkiyyətçilərə təhvil verməyi öhdələrinə götürmüş, bundan sonra zərərçəkmişlər tərəfindən külli miqdarda pul vəsaiti qoyulmuşdur. Buna baxmayaraq, təqsirləndirilən şəxslər binanın tikintisinin başa çatdırılmasını və alınmış binaların mülkiyyət hüququnun zərərçəkmişlərə verilməsini təmin etməyiblər. Qeyd olunan cinayət sxeminə əsasən, cinayətkar qrupun üzvləri 111 vətəndaşa məxsus külli miqdarda – 10 milyon 108 min 695 lari ələ keçiriblər.

Bildirilir ki, Prokurorluq təqsirləndirilən şəxslər barəsində qabaqlayıcı tədbirlərin tətbiqi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.

 

Kateqoriya: Cinayət
Sonrakı yazı
Müxalifətçi qadın deputatlar rayonlarda əhali ilə görüşlərə başlayır
Öncəki yazı
Azərbaycanla Gürcüstan arasında əlaqələrin inkişafında dini qurumların roluna dair müzakirə aparılıb