This is a specific ad

11 sentyabr terror aktından 23 il ötür

46

Another advertisement

Bu gün ABŞ-da törədilmiş dəhşətli terror aktlarının ildönümüdür.

Qafqaztürkün məlumatına görə, 2001-ci il sentyabrın 11-də ABŞ-da dünya tarixində misli görünməmiş terror aktları baş verib. Faciə nəticəsində təxminən 3 min insan həlak olub.

Rəsmi məlumatlarda bildirilir ki, 2001-ci il sentyabrın 11-də səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin Nyu-York şəhərindəki 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə isə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb.“Boeing 757” tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb.

“American Airlines” və “United Airlines” aviaşirkətlərinə məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilir.Terror aktı nəticəsində Nyu-York şəhərinə dəyən zərərin ümumi həcminin 36 milyard dollar olduğu açıqlanıb.

2014-cü ilin mayında ABŞ-da 11 sentyabr hadisələrinə həsr olunmuş muzeyi fəaliyyətə başlayıb. Muzeyin əsas hissəsi yer səthindən 20 metr dərinlikdə yerləşir.

Ekspozisiyada, əsasən insanların qaçaraq xilas olmağa çalışdıqları beton pilləkən, dağılan binanın polad karkasının fraqmentləri, dağıntılar altında qalaraq əzilmiş yanğınsöndürən maşın və terror aktı qurbanlarının şəxsi əşyaları nümayiş olunur.Qeyd edək ki, 11 sentyabr hadisələrindən sonra Əfqanıstana girən ABŞ və koalisiya qüvvələri 2021-ci il avqustun 31-də ölkəni tərk edib.

“Taliban” yenidən Əfqanıstanda hakimiyyətə gəlib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
დაძაბულობა აზერბაიჯანისა და სომხეთს შორის დღითიდღე იზრდება
Öncəki yazı
11 სექტემბრის ტერორისტული თავდასხმიდან 23 წელი გავიდა