“1000-dən çox hərbçiyə yeni tikilən binalarda mənzillər veriləcək”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.
Baş nazirin sözlərinə görə, gələn ildən də bunun üçün büdcədə müvafiq vəsait nəzərdə tutulacaq.
“Gürcüstan ordusuna qayğı göstərmək Gürcüstan hökumətinin xüsusi prioritetidir və bu baxımdan hərbçilərimizin yüksək qiymətləndirilməsinə xüsusi önəm verilir. Bununla bağlı çox mühüm proqram var, 1000-dən çox hərbi qulluqçuya yeni tikilən binalarda mənzillər veriləcək. Bu proqramı uğurla başa çatdırdığı üçün Müdafiə Nazirliyinə və xüsusən də Müdafiə Nazirinə təşəkkür edirik. Proqram davam etməlidir və mən müdafiə nazirindən xahiş etmək istərdim ki, növbəti mərhələ üçün plan hazırlasın ki, bu da bizə yeni tikilən binalarda daha da çox hərbçini mənzillə təmin etməyə imkan verəcək. Müvafiq vəsait gələn ildən də büdcəyə daxil ediləcək”, – deyə baş nazir bildirib.