This is a specific ad

100 yaşlı israilli həkim uzunömürlü olmağın sirrini açıqladı

19

Another advertisement

100 yaşlı israilli həkim Hovard Taker uzunömürlü olmağın sirlərini açıqlayıb.

QafqazTürk medicina.az-a istinadən xəbər verir ki, 1922-ci ildə anadan olan həkim hazırda 101 yaşındadır. 1947-ci ildə – 25 yaşında ikən nevroloq kimi fəaliyyətə başlayan Hovard Taker bu gün də çalışmaqda davam edir. Artıq onun bu sahədə 75 ilə yaxın təcrübəsi var.

Hovard Taker hesab edir ki, uzun müddət yaşamaq və sağlam qalmaq üçün beş prinsipə riayət etmək lazımdır.

Birincisi, 100 yaşlı nevroloq hesab edir ki, təqaüdə çıxmaq üçün tələsməyə ehtiyac yoxdur. Əgər gördüyünüz işi sevir və hələ də işləyə bilirsinizsə, təqaüdə çıxmağı təxirə salın. Çünki təqaüdçülərin çoxu gündəlik həyatda daha az aktivdir. Bu isə o deməıkdir ki, tez təqaüdə çıxmaq koqnitiv zəifləmə riskini artırır.

İkincisi, mümkün qədər özünüzü formada saxlayın. 90 yaşına qədər üzgüçülük, qaçış, xizəksürmə ilə məşğul olması Takerə uzun müddət güclü və sağlam qalmağa imkan verdi. İndi həkim demək olar ki, hər gün orta sürətlə beş kilometr qaçır.

Üçüncüsü, uzun müddət yaşamaq üçün siqareti mütləq buraxmaq mütəlqdir.

Dördüncüsü, insan özünü çox məhdudlaşdırmamalıdır. Qadağalar bizə həyatı tam şəkildə yaşamağa imkan vermir. Ona görə də Taker vaxtaşırı özünə bifştekslə bir stəkan martini işməyə icazə verir. Bununla yanaşı, o, bol göyərtli və tərəvəzli müxtəlif qidalar, eləcə də tez-tez brokkoli və Brüssel kələmi salatı yeyir.

75 il təcrübəsi olan nevroloq kimi Taker öyrətməyə davam edir və özü də tələbələrindən nələrsə öyrənir.

Sonrakı yazı
Avropa İttifaqı vizasız rejimə nəzarəti gücləndirmək niyyətindədir – ƏTRAFLI
Öncəki yazı
Əliyev: Ortamüddətli perspektivdə Azərbaycan “yaşıl enerji” ixracatçısına çevrilməyi hədəfləyir