This is a specific ad

10 ildə dünyada nə qədər insan boğulub – Ümumdünya Səhiyyə Təşkilatı

49

Another advertisement

QafqazTürk.com xəbər verir ki,Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, son on ildə dünyada 2,5 milyondan çox insan suda boğulub.

“Son on ildə boğulma 2,5 milyondan çox insanın ölümünə səbəb olub, ölüm hallarının 90%-i aşağı və orta gəlirli ölkələrdə baş verib”, – hesabatda deyilir.

Sənəddə qeyd edildiyi kimi, bir yaşdan doqquz yaşa qədər olan uşaqlar boğulma ehtimalı daha yüksəkdir ki, bu da “gələcək nəsilləri qorumaq üçün təcili tədbirlərin görülməsinin zəruriliyini vurğulayır”, – ÜST bildirib.

Təşkilat bu problemlə mübarizə aparmaq üçün investisiya planının lazım olduğu və bunun sayəsində 2050-ci ilə qədər dünyada 774 mindən çox uşağın həyatını xilas etmək mümkün olacağı fikrini bildirib. Bu da öz növbəsində aşağı və orta gəlirli ölkələrdə 400 milyarddan çox iqtisadi itkilərin qarşısının alınmasına gətirib çıxaracaq.

Kateqoriya: Dünya
Sonrakı yazı
BMT-nin baş katibi dünya ictimaiyyətinə müraciət ünvanlayıb
Öncəki yazı
რამდენ ლარად შეიძენთ 1 ამერიკულ დოლრს რუსთავში