This is a specific ad

10 il ərzində bu peşələr yox olacaq – Süni intellekt açıqladı

227

Another advertisement

Son bir neçə ildə süni zəka sahəsində əldə edilən böyük irəliləyişlər həyatın demək olar ki, hər sahəsində əhəmiyyətli faydalar təmin edir. Bəs, yaxın 10 il ərzində yoxa çıxacaq peşələr hansılardır?

QafqazTürk Media xəbər verir ki, süni intellekt bir çox sahədə geniş istifadə edilir.

Kənd təsərrüfatı sektorunu xüsusi ilə qeyd etmək lazımdır. Süni intellekt kənd təsərrüfatında məhsuldarlığı artırmaq, resurslardan istifadəni optimallaşdırmaq və ətraf mühitə təsirləri azaltmaq üçün mühüm həllər təklif edir. Təəssüf ki, süni intellekt kənd təsərrüfatı işçilərinin yerini alacaq. Bununla yanaşı, süni intellektin çağrı mərkəzi işçiləri, məlumat girişi və inzibati dəstək işçiləri, kargo və anbar işçiləri, istehsal və montaj işçiləri ilə müştəri təmsilçilərinin də yerini alacağı deyilir.

Süni intellektə görə qarşıdakı 10 il ərzində yox olacaq peşələr aşağıdakı kimi sıralanıb:

  1. Çağrı mərkəzi işçiləri
  2. Məlumat girişi və inzibati dəstək işçiləri
  3. İstehsal və montaj işçiləri
  4. Kargo və anbar işçiləri
  5. Birja brokerləri və maliyyə analitikləri
  6. Hüquq asistentləri
  7. Qəzet və jurnal redaktorları, müxbirlər
  8. Müştəri təmsilçiləri
  9. Pərakəndə satış işçiləri
  10. Kənd təsərrüfatı işçiləri
Kateqoriya: Dünya
Sonrakı yazı
Almaniya Bundestaqı “Gürcüstanın Avropa gələcəyi naminə” qətnaməsini dəstəkləyib
Öncəki yazı
Ukrayna NATO üzvü olsa, dünya müharibəsi başlayacaq