BMT Qəzzanın şimalında ərzaq ehtiyatlarının 10 günə qədər başa çatacağını bildirib.
QafqazTürk Media bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, ərzaq tədarükü ilə bağlı çətinlik humanitar yardımın çatdırılmasında 2 həftəlik məhdudlaşdırıcı tədbirlərlə əlaqəlidir.
Məlumata əsasən, təxminən 400 min Qəzza sakini sərt ərzaq qıtlığı ilə üzləşib.