Another advertisement
Türkiyədə İzmir polisi 1 yaşlı uşağını dənizə atan gənc qadını həbs edib.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
KİV-in məlumatına görə, qadının hərəkəti yaxınlıqdakı vətəndaşların diqqətini çəkib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına hadisə şahidləri məlumat verib və uşağı özləri sudan çıxarıblar.
“Polis əməkdaşları araşdırma çərçivəsində müşahidə kameralarının görüntülərini ələ keçiriblər, bundan sonra 30 yaşlı qadın həbs edilib”, – rəsmi məlumatda deyilir.
Qeyd edək ki, qadının psixi problemləri olub.