1 noyabrdan yeni qanun qüvvəyə minib – Dövlət sektorunda işləyən işçilərin fəalliyyəti məhdudlaşdırılır – ƏTRAFLI

34

1 noyabrdan Korrupsiyaya Qarşı Mübarizə və Məhkəmələr haqqında Qanuna edilən dəyişikliklər qüvvəyə minib. Yeni qaydalar dövlət qulluqçularının əlavə məşğulluğunu ciddi şəkildə məhdudlaşdırır.

Qanuna əsasən, dövlət qulluqçularına (Prezident, Parlament və Hökumət üzvləri istisna olmaqla) hər hansı ödənişli fəaliyyətlə məşğul olmaq qadağan edilir. Yalnız rəhbərliyin icazəsi ilə elmi, pedaqoji və ya yaradıcılıq fəaliyyəti mümkündür. Bu icazə maksimum bir il müddətinə veriləcək.

Məmurların həm dövlət, həm də özəl müəssisələrdə başqa vəzifə tutması, nümayəndə orqanlarının üzvü olması və ya xarici institutlardan ödəniş alması da qadağan olunur. Qaydanın pozulması vəzifədən azad edilmə və iki il müddətinə dövlət sektorunda işləmək qadağası ilə nəticələnəcək.

28 oktyabrda İrakli Kobaxidze bir qərar imzalayıb və hansı sahələrdə əlavə ödənişli işin mümkün olduğunu müəyyənləşdirib. Bu sahələrə tibb, təhsil, mədəniyyət, hüquq, mühəndislik, kənd təsərrüfatı, informasiya texnologiyaları, maliyyə və ətraf mühitin mühafizəsi daxildir.

Qanun pozuntusu halında, dövlət qulluqçusu 1 noyabrdan sonra qanunsuz məşğulluqla əldə etdiyi bütün ödənişləri dövlətə geri qaytarmalı olacaq.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Diqqət! 3 noyabr torpaq sahəsinə malik fiziki şəxslər üçün əmlak bəyannaməsinin son təqdimetmə tarixidir- ƏTRAFLI
Öncəki yazı
Revolut Rusiya vətəndaşların hesablarını bağlayır – ƏTRAFLI