Yaxın günlərdə ölkədə isti və yağışsız hava şəraiti gözlənilir.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.
Məlumata əsasən, arabir şimal-qərb küləyi əsəcək.
Paytaxt Tbilisidə isti və yağmursuz hava şəraiti davam edəcək, hava temperaturu gün ərzində +25, +27 dərəcə isti təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): isti və əsasən yağmursuz hava şəraiti gözlənilir. Hava temperaturunun gün ərzində +25, +27 dərəcə isti olacağı gözlənilir.
Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): havanın isti və əsasən yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +26, +28 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo): bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Hava temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Hava temperaturu gündüz +17, +19 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): isti və əsasən yağmursuz hava gözlənilir. Hava temperaturu gündüz +24, +26 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro) isti və əsasən yağmursuz hava şəraiti gözlənilir. Hava temperaturu gündüz +24, +26 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Fasanauri): bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Hava temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Hava temperaturu gündüz +17, +19 dərəcə təşkil edəcək”, – deyə məlumatda bildirilib.