Noyabrın 1-dək Gürcüstanda hava şəraitinin nisbətən isti və yağmursuz keçəcəyi gözlənilir. Gündüz havanın temperaturu +15, +20 dərəcə isti, gecələr isə aşağı temperaturda qalacaq.
QafqazTürk Media xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.
Tbilisidə hava yağmursuz keçəcək. Havanın temperaturunun gündüz 16-18 dərəcə isti, gecə 3-5 dərəcə isti olacağı gözlənilir.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): hava isti və yağmursuz keçəcək. Havanın temperaturu gündüz +18, +20 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +18, +20 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): hava isti və yağmursuz keçəcək. Havanın temperaturu gündüz +14, +18 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +10, +14 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +14, +18 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): hava isti və yağmursuz keçəcək. Havanın temperaturu gündüz +16, +18 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +12, +16 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +6, +11 dərəcə təşkil edəcək.