This is a specific ad

1 mart tarixinədək gözlənilən hava şəraiti – PROQNOZ

29

Another advertisement

Martın 1-dək Qərbi Gürcüstanda isti və yağmursuz hava şəraiti gözlənilir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məlumata əsasən, fevralın 28-29-da paytaxt Tbilisidə hava yağmursuz keçəcək. Hava temperaturunun gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7, 9 dərəcə isti olacağı gözlənilir.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): hava isti və yağmursuz keçəcək. Fevralın 28-də Anaklia-Poti bölgəsində güclü şərq küləyi əsəcək. Hava temperaturu gündüz +17, +19 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): hava yağmursuz keçəcək.

Fevralın 28-də şərq istiqamətindən güclü külək əsəcək, arabir çox güclü olacaq. Hava temperaturu gündüz +16, +18 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): hava yağmursuz keçəcək. Fevralın 28-də bəzi ərazilərdə güclü şərq küləyi əsəcək. Hava temperaturu gündüz 13, +15 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): hava yağmursuz keçəcək. Fevralın 28-də bəzi ərazilərdə güclü şərq küləyi əsəcək. Hava temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): 28-29 fevralda hava şəraiti mülayimləşəcək.
Şida Kartlidə havanın temperaturu gecə -4, -6 dərəcəyə enəcək, gündüz +10, +12 dərəcəyədək yüksələcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): 28-29 fevralda mülayim hava şəraiti olacaq. Temperatur gecə 4, 6 dərəcə aşağı enəcək, gündüz 7, 9 dərəcəyədək yüksələcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro): 28-29 fevralda mülayim hava şəraiti olacaq. Hava temperaturu gecə 10, şaxtadan 12 dərəcəyədək enəcək, gündüz 8, 10 dərəcəyədək yüksələcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo): 28-29 fevralda hava şəraiti mülayimləşəcək. Hava temperaturu gecə 16, 18 dərəcə şaxta, gündüz 4, 6 dərəcəyədək yüksələcək.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Gürcüstanda yoxsul yaşayanların regionlar üzrə STATİSTİKASI
Öncəki yazı
Rustavidə qətl hadisəsi baş verib – 1 ölü