Another advertisement
İyunun 1-dən iyulun 23-dək ölkə ərazisində 9-u azyaşlı olmaqla 22 nəfər suda boğulub.
QafqazTürk.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb.
Məlumata görə, qeyd olunan müddətdə 2-si azyaşlı olmaqla 3 nəfər dənizdə, 5-i azyaşlı olmaqla 12 nəfər çayda, 1-i azyaşlı olmaqla 6 nəfər göldə, 1 azyaşlı suda, 1 azyaşlı isə hovuzda boğulub.
Dənizdə, çayda, göldə, hovuzda xilas edilən insanların statistikasına gəldikdə isə iyunun 1-dən iyulun 23-dək olan müddətdə 67 nəfər xilas edilib.