1-4 dekabr tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ

1

1-4 dekabr tarixlərində Gürcüstanda isti və yağışsız hava şəraiti gözlənilir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məlumata əsasən, paytaxt Tbilisidə hava yağmursuz keçəcək, temperatur gün ərzində +18, +20 dərəcə təşkil edəcək.

“Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu +23+25 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): hava da yağmursuz keçəcək, hava temperaturu +21+23 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): yağmursuz hava gözlənilir, hava temperaturu +18+20 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu +12+14 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani) hava yağmursuz keçəcək, hava temperaturu gündüz +20, +22, Qori və Çxinvalidə isə +16 +18 dərəcə isti təşkil edəcək.

Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): havanın yağmursuz keçəcəyi, hava temperaturunun gün ərzində +21, +23 dərəcə isti olacağı gözlənilir.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): hava yağmursuz keçəcək, hava temperaturu gün ərzində +15, +17 dərəcə isti təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo): hava yağmursuz keçəcək, hava temperaturu gün ərzində +11, +13 dərəcə isti olacaq”, – məlumatda deyilir.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
ახალ შეიხად დაინიშნა ფაიგ ნაბიევი
Öncəki yazı
მოსალოდნელია თბილი და უნალექო ამინდი. 1-4 დეკემბრის პროგნოზი