This is a specific ad

1-2 fevral tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ

44

Another advertisement

1-2 fevral tarixlərində Gürcüstanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, fevralın 3-də Qərbi və Şərqi Gürcüstanın bəzi ərazilərində yağıntılı olacağı gözlənilir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məlumata görə, paytaxt Tbilisidə hava yağmursuz keçəcək. Fevralın 3-də şimal-qərb küləyi əsəcək. Hava temperaturu gündüz +6, +8 dərəcə təşkil edəcək.

“Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): fevralın 1-2-də hava şəraitinin yağmursuz keçəcəyi, fevralın 3-də isə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): fevralın 1-2-də hava şəraitinin yağmursuz keçəcəyi, fevralın 3-də isə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): fevralın 1-2-də hava şəraitinin yağmursuz keçəcəyi, fevralın 3-də yağıntılı olacağı gözlənilir. Hava temperaturu gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): fevralın 1-də hava şəraitinin yağmursuz keçəcəyi, fevralın 2-də günün sonunda və fevralın 3-də qar yağacağı gözlənilir. Hava temperaturu gündüz -1, +1 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): fevralın 3-də hava yağmursuz keçəcək, fevralın 3-də bəzi yerlərdə yağış yağacaq, qərb küləyi əsəcək. Hava temperaturu gündüz +6, +8 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): fevralın 4-dək hava əsasən yağmursuz keçəcək. Fevralın 3-də qərb küləyi əsəcək. Hava temperaturu gündüz +6, +8 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro): fevralın 1-2-də hava şəraitinin yağmursuz keçəcəyi, fevralın 3-də bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Hava temperaturu gündüz 0,5 dərəcə isti təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo): fevralın 1-2-də hava şəraitinin yağmursuz keçəcəyi, fevralın 3-də bəzi yerlərdə qar yağacağı, çovğun olacağı gözlənilir. Hava temperaturu gündüz 0,5 dərəcə isti təşkil edəcək”, – məlumatda deyilir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Ge/Az მარნეულელმა ნორჩმა ძიუდოისტებმა, საქართველოს ძიუდოს ეროვნული ფედერაციის მიერ ორგანიზებული სალიცენზიო გამოცდები ჩააბარეს
Öncəki yazı
İstanbulda kilsəyə hücumu törədənlər məlum olub