This is a specific ad

Ərdoğan və Bayden NATO-nun Vilnüs sammitində təkbətək görüşəcək

51

Another advertisement

Türkiyə və ABŞ prezidentləri Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitində təkbətək görüşmək barədə razılığa gəliblər.

QafqazTürk.com xəbər verir ki,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü ABŞ prezidenti Co Baydenlə telefon danışığı keçirərək, İsveçin NATO-ya üzv olmaq istəyi də daxil olmaqla, bir sıra məsələləri müzakirə edib.

Təhlükəsizlik və terrorla bağlı narahatlıqlara görə Ankaranın müqaviməti ilə üzləşən İsveçin NATO-ya üzvlük üçün davam edən səyləri barədə Ərdoğan Baydenə Stokholmun son antiterror düzəlişlərini qəbul edərək “düzgün addımlar” atdığını deyib.

O, həmçinin bildirib ki, İsveçin NATO-ya daxil olmaq istəyini Türkiyəyə F-16 təyyarələrinin satışı ilə əlaqələndirmək düzgün olmaz, eyni zamanda amerikalı həmkarına Vaşinqtondan döyüş təyyarəsi almaq istəyində Ankaraya verdiyi dəstəyə görə təşəkkür edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
İşğalçılar tərəfindən qanunsuz saxlanılan 6 Gürcüstan vətəndaşı azadlığa buraxılıb
Öncəki yazı
Suriya və Türkiyə Prezidentləri Putinin iştirakı ilə görüşə bilər