This is a specific ad

Ərdoğan: Türkiyədə dövlət qulluqçularının maaşları 45 faiz artırılacaq

80

Another advertisement

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, dövlət qulluqçularının maaşları 45 faiz artırılacaq.

“Dövlət qulluqçularının minimum maaşı 15 min liraya (770 dollar) yüksələcək. Bundan əlavə, veteranlara, terror qurbanlarının və həlak olanların yaxınlarına daha 10 faiz əlavə artım olunacaq.” – Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, hökumət əlavə iş haqqını 70 faiz artırmağı planlaşdırır.

“Gecə işləyənlərin maaşının 8 faiz artacağını planlaşdırırıq. Biz geyim və ərzaq yardımı ilə bağlı rəqəmləri yeniləyirik və əmək haqqında da artım tempi olacaq. Ölkəmizin ən çətin vaxtlarında belə, işlə təmin edilənlərin maaşlarının artırılması ilə bağlı yanaşmaya riayət edirik”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Sonrakı yazı
BMT rəsmisi: “İranda bu il 209 nəfər edam edilib”
Öncəki yazı
Moskva-İstanbul sərnişin təyyarəsi məcburi eniş edib