This is a specific ad

Ərdoğan seçki öncəsi verdiyi bütün vəddlərin icra ediləcəyini vurğulayıb

11

Another advertisement

Türkiyə ölkədə yaşayan suriyalı miqrantların vətənlərinə könüllü və təhlükəsiz şəkildə dönmələrini təmin etməkdə qərarlıdır.

O qeyd edib ki, ölkəsi terrorla mübarizəni davam etdirəcək.

Bundan əlavə, Ərdoğan seçki öncəsi verdiyi bütün vəddlərin də icra ediləcəyini vurğulayıb:

“Millətimizə verdiyimiz sözləri yerinə yetirməyə çalışdıq. Bizim əsas gücümüz millətimizdə inam yaratmaqdır. Yeni dönəmimizdə xalqımıza verdiyimiz bütün vədlərə əməl edəcəyik. Yeni Konstitusiya layihəsini parlamentə təqdim edəcəyik.

“Türk Əsri”ni sabitlik və inamla quracağıq. Zəlzələ bölgəsindəki şəhərlərimizi əvvəlkindən daha canlı hala gətirəcəyik. İnvestisiya, ixracat, məşğulluq və böyüməkdə qərarlı olacağıq. İnflyasiya problemini və yüksək qiymətləri ölkəmizin gündəmindən çıxarmaqda da qərarlıyıq. Əvvəllər inflyasiyanı təkrəqəmli etdiyimiz kimi eynisini bacaracağıq.”

Kateqoriya: Gündəm
Sonrakı yazı
Bu gün Bütün Gürcüstan Müsəlmanları İdarəsinin dini rəhbərləri Birləşmiş Ərəb Əmirliklərinin Gürcüstandakı səfirliyində Əmirliyin yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əhməd Əl Nuaym ilə görüşüblər.
Öncəki yazı
Rusiya qatarı bu istiqamətlərdə hərəkət edəcək