“Diktatura və avtoritarizm iftiralarının içərisinin tamamilə boş olduğu üzə çıxdı”
Qafqaztürk Ankaraya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində bildirib.
Dövlət başçısı respublikanın 100-cü ilində böyük həmrəyliyə ehtiyacı olduğunu diqqətə çatdırıb: “Bu gün birlik, minillik qardaşlığımızı möhkəmləndirmək günüdür”.
Türkiyə lideri küskünlükləri bir kənara qoymağa, Türkiyə Yüz İlinin inşasını dəstəkləməyə çağırıb: “Mənim bu dəvətimə qatılan bütün vətəndaşlarımıza indidən təşəkkür edirəm”.
O qeyd edib ki, verilən bütün vədlər bir-bir həyata keçiriləcək:
“İnkişafımızı yeni bir konstitusiya ilə möhkəmləndirəcəyik. Atatürkün “Yurdda sülh, cahanda sülh” şüarını praktikada həyata keçirəcəyik. Bundan sonra qlobal problemilərin həllində daha çox səy göstərən, məzlumlara daha çox arxa çıxan bir Türkiyə görəcəyik”.