This is a specific ad

Ərdoğan: Bilirəm, Bayden Kılıçdaroğluya “Ərdoğanı devirmək” əmri verib

32

Another advertisement

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Türkiyədəki seçkilərə müdaxiləsi iddialarına görə müxalifət namizədi Kamal Kılıçdaroğlunu tənqid edib və bildirib ki, Kılıçdaroğlu məqsədi “Ərdoğanı devirmək” olan Baydendən təlimat alır.

Mayın 11-də Cümhuriyyət Xalq Partiyasının lideri və altıpartiyalı milli alyansın ortaq namizədi Kamal Kılıçdaroğlu bildirib ki, mayın 14-nə təyin edilmiş seçkilərdə müxalifətin namizədlərini gözdən salmağa xidmət edən videoya görə məsuliyyət Rusiyanın üzərinə düşür.

Kremlin sözçüsü Dmitri Peskov bu iddianı rədd edərək, Rusiyanın Türkiyədəki seçkilərə müdaxiləsindən söhbət gedə bilməyəcəyini və “bu şayiələri yayan hər kəsin yalançı olduğunu” deyib.

Ərdoğan buna cavab olaraq bildirib ki, Rusiya kənd təsərrüfatı, müdafiə sənayesi və turizm sahələrində Türkiyənin mühüm müttəfiqlərindən biridir.

Ərdoğan Kılıçdaroğlu ilə bağlı deyib ki, O, Amerikadan təlimat alır və onun sözlərinə görə, Baydenin “Ərdoğanı devirmək” əmri verdiyi barədə məlumatı var.

“Bizə 5,5 milyona yaxın turist hardan gəlir? Rusiyadan gəlirlər. Bununla bağlı nə edəcəksiniz? Bayden müxalifətə “Ərdoğanı devirməliyik” göstərişini verdi. Mən bunu bilirəm. Bunu xalqım bilir. İndi sabah seçkilər Baydenə uyğun cavabı verəcək”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, mayın 14-də Türkiyədə yeni prezident və parlament seçiləcək. Rəcəb Tayyib Ərdoğan, Kamal Kılıçdaroğlu və müstəqil namizəd Sinan Oğan prezident seçkilərində iştirak edir.

Sonrakı yazı
Marneuli məktəblərində “son zəng” -in çalınacağı vaxt məlum olub
Öncəki yazı
Litva-Rusiya sərhədində təyyarə qəzaya uğrayıb, bir nəfər ölüb