Another advertisement
“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün ciddi ilkin şərtlər var.”
QafqazTürk xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Avrasiya Ali İqtisadi Şurasının geniş tərkibdə keçirilən sessiyasında qeyd edib.
“Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması əsasında münasibətlərin normallaşması üçün ciddi ilkin şərtlər var. Bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli görüş keçiriləcək”, – deyə Azərbaycan prezidenti bildirib.
Bundan əlavə, Azərbaycan mətbuatının yazdığına görə, İlham Əliyev Vladimir Putinə onu Avrasiya Ali İqtisadi Şurasının sessiyasına dəvət etdiyinə görə təşəkkür edib.