This is a specific ad

Ət və yumurta satışı obyektlərinə baxış keçirilir

56

Another advertisement

Pasxa bayramının yaxınlaşması ilə əlaqədar Milli Qida Agentliyi istehlak bazarına nəzarəti aktivləşdirib.

QafqazTürk xəbər verir ki, agentliyin yoxlama qrupları ölkə üzrə topdansatış, iri və kiçik ticarət obyektlərinə baxış keçirir.

Ət və yumurta satışı obyektlərinə, həmçinin qənnadı məmulatlarına nəzarətə xüsusi diqqət yetirilir. Şirniyyat, çörəkbişirmə və ət satışı obyektləri, yumurtanın saxlanma müddəti, etiketlənməsi və satış şəraiti, həmçinin istehsal prosesi, sanitar-gigiyenik vəziyyəti yoxlanılır.

“Xüsusilə bayram günlərində qidaya tələbat artır. Agentlik istehlak bazarını aktiv şəkildə yoxlayır və istehlakçını xüsusilə yüksək riskli qida məhsulları alarkən satış şərtlərinə və temperatur rejiminə riayət olunmasına diqqət yetirməyə çağırır”, – deyə Qida Təhlükəsizliyi Departamentinin rəhbəri Vasil Kvernadze bildirib.   

Bu il qurum tərəfindən çörəkbişirmə sexlərində 522 yoxlama və 42 sənəd yoxlaması aparılıb, 85 qanun pozuntusu aşkar edilib. Yumurta istehsalında dövlət nəzarəti həyata keçirilib və burada cəmi 2 qayda pozuntusu qeydə alınıb.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
SON DƏQİQƏ: İrandan Azərbaycanla bağlı rəsmi açıqlama
Öncəki yazı
Ramazan ayının on səkkizinci gününün imsak, iftar və namaz vaxtları