Ərdoğanla Sinan Oğanın anlaşmasına mane olmaq üçün yayılan yalan

0

Rəcəb Tayyib Ərdoğanın CNN-ə müsahibəsində Sinan Oğanla bağlı fikirləri təhrif olunub.

QafqazTürk xəbər verir ki, Bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

“Xüsusilə “CNN International”a müsahibəsində Ərdoğanın “Sinan Oğana boyun əyməyəcəyəm” kimi ifadə işlətməsi iddiası doğru deyil. Ərdoğan müsahibədə belə bir fikir ifadə etməyib”, – deyə bildirilib.

Qeyd edək ki, mayın 19-da Ərdoğanın Sinan Oğanla görüşü öncəsi ölkənin müxalif mediası Türkiyə Prezidentinin ‘CNN International’a bir neçə gün əvvəl verdiyi və dünən axşamadək hələ tam yayımlanmanış müsahibəsindən təhrif olunmuş fraqmentlər yayıb. Həmin ‘xəbər’lərdə Ərdoğanın guya Sinan Oğanla anlaşmaqdan imtina etdiyi və ‘onun istəklərinə boyun əyməyəcəyi’ ilə bağlı fikir səsləndirdiyi iddia edilib. Bəlli olur ki, CHP-yə yaxın media oraqanları Ərdoğanın Sinan Oğanla razılığa gəlməsini əngəlləmək üçün belə bir çirkin oyuna əl atıblar.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
AKP-dən dünənki görüşlə bağlı – Açıqlama
Öncəki yazı
77 yaşlı qadın özü ilə evləndi