Ərdoğan seçkidən sonra ilk olaraq bu ölkəyə gedir

12

Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə prezidenti seçiləndən sonra ilk səfər edəcəyi ölkə Moldova olacaq.

QafqazTürk xəbər verir ki, Bu barədə “A Haber” məlumat yayıb.

Məlumata görə, prezident 1 iyunda Moldovada AB və 20-yə yaxın ölkə liderinin qatılacağı Avropa Siyasi Birliyi iclasında iştirak edəcək.

Qeyd edək ki, bu, Türkiyə Prezidentinin hansısa ölkəyə rəsmi səfəri deyil, Avropa Siyasi Birliyinin iclasında iştirakdır və həmin iclasda Azərbaycan Prezidenti Fransa və Almaniya liderləri Makron və Şoltsun vasitəçiliyi ilə ehtimala görə Ərdoğanın da iştirakı ilə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.

Əlavə edək ki, Ərdoğanın prezident kimi hələ andiçmə mərasimi keçirilməyib. Onun andiçmə mərasimindən və 13-cü prezident kimi fəaliyyətə başladıqdan sonra Azərbaycana gələcəyi gözlənilir.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Marneulidə orta yaşlı kişi qəfil dünyasını dəyişib
Öncəki yazı
MN: “Ermənilər Azərbaycan Ordusunun mövqelərini 19 dəfə atəşə tutub”