Ərdoğan: “İsveçin NATO-ya üzvlüyü ilə bağlı proses davam edir”

3

“İsveçin NATO-ya üzvlüyü ilə bağlı proses davam edir”.

QafqazTürk xəbər verir ki, bunu iyulun 11-12-də Vilnüsdə keçirilən NATO sammitindən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, toplantı zamanı bu məsələ müzakirə olunub: “Mövqeyimiz məlumdur. Siyasətimizi davam etdirəcəyik. İsveçin NATO-ya üzvlüyünü Türkiyə Böyük Millət Məclisi təsdiqləyəcək”.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
ABŞ-ın Florida sahillərində okeanın temperaturunun mövsümi normalardan yuxarı qalxması bölgədə “mərcan ağarmasına” səbəb olub.
Öncəki yazı
Polşada qanunsuz miqrant daşıyan Gürcüstan vətəndaşı həbs edilib