Another advertisement
“Türkiyənin Aİ-yə üzvlük qapısını açın, biz də İsveçin NATO-ya qoşulmasındakı yolu açaq”
Qafqaztürk xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğan Vilnüs sammitinə yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Bizə verilən sözlərin tutulmasını istəyirik. Əvvəlcə, gəlin Türkiyənin Avropa İttifaqında önünü açın, ondan sonra biz də Finlandiyanın qapısını necə açmışıqsa, İsveçin də önünü elə açaq. 50 ildir Aİ qapısında gözlədilən bir Türkiyə var”, – Ərdoğan qeyd edib.Ərdoğan bu məsələni Baydenlə də müzakirə etdiyini diqqətə çatdırıb.