This is a specific ad

Əhali Ağdam və Füzuliyə bu tarixlərdə qayıdacaq

50

Another advertisement

Hazırda Füzulidə 6 məhəllə inşa olu­nur. 38 binada tikinti-quraşdırma işləri sürətlə aparılır. 800 ailənin həmin yaşayış sahəsinə ilin sonunadək köçürülməsi nəzərdə tutulur. Bu proses iki mərhələdə planlaşdırılır. Sentyabr ayına kimi reallaşacaq birinci mərhələdə 260 ailənin məskunlaşdırılması gözlənilir.
QafqazTürk.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynov müsahibəsində bildirib.
“Ağdam şəhərində də bu proses sürətlə gedir. Burada ərazi geniş olduğu və bu səbəbdən də böyük həcmdə infrastruktur quruculuğu aparıldığı üçün məskunlaşmanın gələn ilin sonunda başlanacağı nəzərdə tutulur”, – deyə o qeyd edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Türkiyədə zəlzələ baş verdi
Öncəki yazı
Yaponiyada 6,2 maqnitudada zəlzələ baş verib